Mingəçevirdə hərbçi su anbarında boğuldu

1657720528 InShot 20220713 175452483.jpg

Mingəçevir su anbarında çimən şəxs boğulub.

“Unikal”ın məlumatına görə, hadisə Mingəçevir su anbarındakı çimərliklərdən birində baş verib. 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrayıl oğlu suda çimərkən boğularaq ölüb.

Meyit Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupu tərəfindən sahilə çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Namizəd Bayramovun müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.