Mirhəsən Seyidov növbəti səyyar qəbul keçirib

C0503ab8 Ca72 4490 9870 56ee492512af.jpg

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Bankə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul keçirildi. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Bankə qəsəbəsi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər “Ulu Öndər Heydər Əliyevin ideyaları, müstəqil Azərbaycanımızın davamlı inkişafının əsas təməlidir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bir dövlət kimi dünyada tanıtması, inkişafı, xalqının xoşbəxt-firavan yaşaması üçün gördüyü işlər haqqında iştirakçılara məlumat veriblər.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin irsində, dövlətçilik təlimində müstəqil dövlət quruculuğu istiqamətində görülən işlər mühüm yer tutur. Ümummilli Liderin dövlətçilik düşüncəsinin əsasını müstəqillik ideyası təşkil edir. O, müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünüdərkinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışıb. O yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmlə mübarizə aparıb. Ulu Öndər Heydər Əliyev milli dövlətçilik ideyasını məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub-yaratmağı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin edib. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın iradəsi və təkidi ilə təkrar yenidən siyasi hakimiyyətə gəlməsi, ölkəmizin təhsil, səhiyyə, ordu quruculuğu, idman və digər sahələrdə görülən yenidənqurma işləri, ölkəmizin inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması, ölkəmizin dünya dövlətləri arasında lider dövlətə çevrilməsi haqqında danışıb.

Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Mirhəsən Seyidov növbəti səyyar qəbul keçirib

55369e9c A0db 4f70 8489 0659a3528181.jpg

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Abasalılı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tatarməhlə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Abasalılı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər “Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyinin və cənab İlham Əliyev dühasının təntənəsi” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi əsasında yenidən hakimiyyətə qayıdışından sonra bütün saəhələrdə olduğu kimi hərbi sahəsində görülən işlər, bu günki qələbimizi şərtləndirən ordu quruculuğu və qələbəmiz haqqında görüş iştirakçılarını məlumatlandırıblar.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə, 10 aprel və 19-20 sentyabr 2023-cü ilin tarixində lokal antiterror tədbirləri zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib.

RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunması, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda ilk öncə sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, yeni çəkilən su xəttindən fərdi evlərə suyun çəkilməsi, işlə təmin olunma, əkin sahələrinin suvarılması zamanı qarşıya çıxan çətinliklər, Həsən Əliyev adına Abasalılı kənd orta məktəbinin təmiri və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Mirhəsən Seyidov növbəti səyyar qəbul keçirib

340968778 756593572877825 6950313391133329263 n 0.jpg

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Xıllı qəsəbə sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Xıllı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Xıllı qəsəbəsi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “2018-ci ilin Prezident seçkilərinin nəticələri, Azərbaycan xalqının iradəsini əks etdirir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Ölkəmizdə 2018-ci ilin 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,02%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilməsi, Azərbaycan xalqının həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etməsi, səsini Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə verməsi və işğaldan azad olunan ərazilərdə görülən işləri görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı 2018-ci ilin Prezident seçkiləri zamanı xalqımızın böyük dəstəyilə cənab Prezidentə səs verməsini, Müzəffər Ali Baş Komandanın 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərməsini, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirməsi, milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil etməsi, müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqelərinin xeyli möhkəmlənməsi, əlaqələrin genişlənməsi, eyni zamanda dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılan xarici siyasəti, Azərbaycanı inkişaf edən demokratik ölkələr sırasına çıxarması, Azərbaycanın demokratik, müstəqil və azad bir ölkə kimi tanınması, Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması, Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi, məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilməsi haqqında görüş iştirakçılarını məlumatlandırıb. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar, 2022-ci ildə keçirilən səyyar vətəndaş qəbulu zamanı övladının müalicə olunması üçün edilən köməklik ilə əlaqədar təşəkkürlərini bildiriblər, qəsəbə daxili yolların təmiri, nəqliyyat vasitələrinin qrafikində dəyişiklik olunması, içməli su təminatı və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az
portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Mirhəsən Seyidov növbəti səyyar qəbul keçirib

1680520637 339644671 624080696209131 5471995370711067774 n.jpg

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirqurbanlı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.

Həsənəbad İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Mirqurbanlı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Cəmiyyətin gələcək tərəqqisi, indi gənclərimizə nəyi və necə öyrətməyimizdən aslıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və təhsilin cəmiyyətin inkişafını şərtləndirən əsas amillərdən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə təhsilə göstərilən xüsusi diqqətdən, qayğıdan, gənclərimizin xaricdə təhsil almasından və bu istiqamətdə görülən işləri görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Ümumilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ökədə bütün sahələrə göstərilən xüsusi diqqət və qayğı təhsil sahəsindədə özünü göstərdi. Bunun nəticəsi olaraq ölkə gəncləri xaricində təhsil alması, təhsil müəssisələrinin yeni modern üslubda qurulması və bu siyasi xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirməsi haqqında məlumatlandırıb. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, özünəməşğulluq, məktəb təmiri, içməli su təminatı və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.