Moskva aeroportlarında 50-dən çox reys təxirə salınıb

004d2923 3f1e 3c55 Aefa E1f895343158 850.jpg

Moskva hava limanlarında əlverişsiz hava şəraiti səbəbindən 50-dən çox reys təxirə salınıb.

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) məlumatında deyilir.

Qeyd edilib ki, “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo” hava limanları normal rejimdə işləyir, “Jukovski” hava limanı isə uçuş-enmə zolağının təmizlənməsi üçün bağlanıb.

Bildirilib ki, bu fonda 54 reys əlverişsiz hava şəraiti və digər səbəblərə görə qısa müddətə təxirə salınıb.