“Moskva”da sursat partlayıb

D4254a0e164990681562794393710922170.jpg

Qara dəniz donanmasının “Moskva” kreyseri yanğın səbəbindən baş verən sursatın partlaması nəticəsində ciddi zədələnib. Kreyserin ekipajı təxliyə edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Moskva” raket kreyserində yanğın nəticəsində döyüş sursatı partlayıb. Gəmiyə ciddi ziyan dəyib. Ekipaj tamamilə təxliyə edilib”, – deyə nazirlik qeyd edib.

Nazirlik yanğının səbəbinin araşdırıldığını bildirib.