Moskva Roman Abramoviçin İstanbul görüşündə iştirakına aydınlıq gətirib

033daef6164854871561939526211067317.jpg

Kreml rusiyalı iş adamı, milyarder Roman Abramoviçin Rusiya və Ukrayna nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərində keçirilən görüşündə iştirakına aydınlıq gətirib.

Bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“İki tərəf arasında təması reallaşdırmaq üçün uyğun olaraq hər iki tərəfin razılığı alınmalıdır. Abramoviçin iştirakı ilə bağlı belə razılıq əldə olunub. Roman Abramoviç Rusiya və Ukrayna tərəfdən müəyyən təmasın təmin olunmasında iştirak edir və nümayəndə heyətinin rəsmi üzvü deyil. Eyni zamanda o, bu gün İstanbuldakı görüşdə bizim tərəfimizdən qatılıb”, – D. Peskov bildirib.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Türkiyənin İstanbul şəhərində görüş başlayıb.