Moskva və Tula vilayətlərinə 4 min ton nar ixrac edilib

4edb2dc8167109766698619556810892987.jpg

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi, bu ilin əvvəlindən Azərbaycandan idxal edilən 4 min tona yaxın təzə narın fitosanitar nəzarəti həyata keçirib.

Avtor.az bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.

Məlumata görə, qurum bununla bağlı ümumilikdə 200-dən çox nəqliyyat vasitəsini yoxlayıb.

Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU “VNIIKR”) mütəxəssisləri bütün məhsullar üzrəində laboratoriya sınaqları keçirib, məhsulların karantin fitosanitar tələblərə uyğunluğu təsdiqlənib.