Müdafiə Nazirliyi təkzib edir: Tamamilə yalandır

3d324c28166333748477066171210762564.jpg

Oktyabrın 24-ü saat 20:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.