Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycana gəlib

E98456ae 5372 37f5 8844 466bca33aac0 850.jpg

Noyabrın 10-da Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.