Mustafa Şentop: Bura evimizdir, Türkiyədə keçirdiyimiz hissləri Bakıda yaşayırıq

03492e99163994149398903633110257536.jpg

“Bura bizim evimizdir, Türkiyənin istənilən yerinə gedəndə keçirdiyimiz hissləri Bakıya gələndə yaşayırıq”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop tviter hesabında yazıb.

“Bir millət, iki dövlət” ifadəsi sadəcə mücərrəd bir şüar deyil, konkret münasibətlərimizin əsaslandığı əsas prinsipimizdir”, – Türkiyə parlamentinin rəhbəri qeyd edib.

Qeyd edək ki, TBMM sədri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün dünən Azərbaycana səfərə gəlib.