Muxtar Babayev Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb

69158493165781084617883229110143057.jpg

Azərbaycanda işgüzar səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri Kaspars Gerhards ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirlikdən verilən xəbərə görə, görüşdə Azərbaycan və Latviya arasında ətraf mühitin mühafizəsi, meşələrin qorunması və balıqçılığın inkişafı sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.