Nadir Rüstəmli “Avroviziya”da ilk məşqinə mayın 2-də çıxacaq

1650564765 62619717913ea62619717913eb165056283962619717913e662619717913e8.jpg

“Avroviziya 2022” mahnı müsabiqəsinin məşqlər cədvəli ictimaiyyətə təqdim olunub.

Ölkəmizi təmsil edən Nadir Rüstəmli 2 may tarixində Bakı vaxtilə təxminən saat 14:00-da ilk məşqi üçün səhnəyə çıxacaq.

Təmsilçimizin ikinci məşqi isə 5 may Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

İlk məşqlər ictimaiyyətə və jurnalistlərə qapalı olacaq və 3 mayda yekunlaşacaq. /APA/