NATO-nun baş katibi koronavirusa yoluxub

1652208327 jens stoltenberg 010519.jpg

NATO-nun baş katibi Yens Stoltenberq koronavirusa yoluxub.

Bu barədə NATO-nun nümayəndəsi Oana Lungesku özünün “Twitter” səhifəsində yazıb.

“NATO-nun baş katibi Yens Stoltenberqin COVID-19 testinin nəticəsi müsbət çıxıb”, – deyə O.Lungesku bildirib.

Onun sözlərinə görə, Y.Stoltenberq xəstəliyi yüngül formada keçirir və məsafədən işini davam etdirəcək.

NATO-nun nümayəndəsi əlavə edib ki, Y.Stoltenberq koronavirusa qarşı tam peyvənd olunub.