NATO Rusiyanın Ukraynada keçirəcəyi referenduma münasibət bildirdi

46160fb2 48f0 3e88 a3b3 58d20bae4832 850.jpg

NATO Rusiyanın Ukraynada keçirmək istədiyi referenduma münasibət bildirib.

Avtor.az Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilatın Baş katibi Yens Stoltenberq bildirib ki, saxta seçkilərin heç bir legitimliyi yoxdur.

“Bu Putinin müharibəsinin daha da şiddətlənməsi deməkdir. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn açıq formada pozulmasını qınamalı, Ukraynaya dəstəyini artırmalıdır”, – deyə Stoltenberq bildirib.

NATO Baş katibi “seçkilərin” Rusiyanın Ukrayna müharibəsinə heç bir dəyişiklik etməyəcəyini əlavə edib.