Nazir AMADA rəhbərliyi ilə görüşüb

37a37557 2f6d 30da a3a5 4a9396124bb7 850.jpg

Gənclər və İdman Nazirliyində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi və mütəxəssisləri ilə görüş keçirilib.

Qurumun direktoru Şəfəq Hüseynli idmanda dopinq nəzarətinin əhəmiyyəti, təmiz idman dəyərlərinin və ədalətli idman mühitinin qorunmasının vacibliyi, idman qurumları arasında əməkdaşlığın genişləndirilməsi, bu cür görüşlərin mütəmadi təşkilinin əhəmiyyətini qeyd edib.

Agentliyin direktor müavini Elnarə Rəsulzadə milli test proqramının formalaşması, risklərin hesablanması, həmçinin idman qurumları ilə məlumat mübadiləsinin əhəmiyyəti barədə məlumat verib.

İştirakçılar Gənclər və İdman Nazirliyinin, federasiyaların və AMADA-nın dopinq-lə mübarizə sahəsində birgə fəaliyyətinin vacibliyini vurğulayıb.