Neftçala Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Kür çayının Bankə qəsəbəsi ərazisindən keçən hissəsinin sahilində növbəti təmizlik aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri, könüllülər və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd – Kür çayının məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.





