Neftçalanın icra başçısı səyyar qəbul keçirib

418877256 833830775423662 39725457366211909 N 0.jpg

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2024-cü ilin ilk səyyar qəbulunu Xol Qaraqaşlı kənd sakinləri ilə keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Xol Qaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə çıxış edərək Xol Qaraqaşlı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər “Azərbaycan regionun supergüc dövlətinə çevrilib” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və regionda Prezident İlham Əliyevin praqmatikliyi və nüfuzu, onun rəhbərliyilə həyata keçirilən balanslı xarici siyasət, daxili ictimai-siyasi sabitlik və regional proseslərdə liderlik amili Azərbaycanın regionda supergüc dövlətə çevrilməsini görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xarici dövlət strategiyası Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməsini, bütün xarici ölkələrlə sıx əməkdaşlığın aparılmasını, ölkəmizin regionda supergüc dövlətə çevrilməsini diqqətə çatdırıb. Ölkə başçısı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiteror tədbirləri zamanı ölkəmizin suverrenliyinin tam bərpa olunması, antiteror tədbirləri zamanı heç bir mülki obyektə, heç bir vətəndaşa zərər verilməməsi, 14 dekabr tarixində əsirlərimizin düşmən tərəfin əsirləri ilə azad olunması, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, yol nişanlarının quraşdırılması, daxili yolların təmiri, kənd ərazisində kitabxananın tikilməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

343100202 1396902111154742 6674443766290871028 n.jpg

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 1-Mayak və Sübh kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək 1-Mayak və Sübh kəndləri haqqında görüş iştirakçılarına, qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Ölkə Başçısı cənab İlham Əliyevin regionlara səfəri, respublikamızda aparılan sosial-iqtisadi islahatların uğurla icra olunmasını şərtləndirən amillərdəndir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Ölkə başçısının regionlara səfəri zamanı aparılan abadlıq- quruculuq işlərinə baxış keçirməsi, vətəndaşlarla görüşməsi, yeni iş yerlərinin yaradılması, digər məsələlər haqqında verilən tapşırıqların icra olunması və işğaldan azad olunan ərazilərdə görülən işləri görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın 18 aprel 2023-cü il tarixində Neftçala rayonuna səfəri və səfər zamanı Neftçala Olimpiya Kompleksinin, Neftçala- Kürkənd- 2 nömrəli Mayak kəndinin avtomobil yolunun açılışı, Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanışlıq, Bankə qəsəbəsində 2 saylı tam orta məktəbinin açılışı və Ölkə başçısının tapşırıqları haqqında görüş iştirakçılarını məlumatlandırıb. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, daxili yolların təmiri, eletkrik enerjisində yaranan borc ilə əlaqədar müvafiq köməkliyin olunması, kəndə mavi yanacağın verilməsi, avtomobil yollarında dayanacaqların qurulması, ödəniş terminallarının yerləşdirilməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

1677768691 331446774 756244445713469 5892797224264417244 n.jpg

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Xol Qaraqaşlı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.

Xol Qaraqaşlı kəndində şəhidlərin xatirəsinə ucaldılan Abidə Kompleksi şəhid ailələri ilə birlikdə ziyarət olunub, ruhlarına dualar oxunub və gül dəstələri düzülüb.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.

Xol Qaraqaşlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Xol Qaraqaşlı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər “XX əsrdə Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və XX əsrdə Azərbaycan xalqının həyatında çox böyük hadisələr baş verib. Ötən əsrdə ölkəmizdə iqtisadi, sosial sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman da böyük inkişaf yolu keçib. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə yenidən siyasi hakimiyyətə qayıdışından sonra respublikada bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılıb. İmperiya meyarları milli komanda və idmançılarımızın beynəlxalq nüfuzunun formalaşması prosesini iflic etsə də, Ulu Öndər Heydər Əliyevin qayıdışından sonra bədən tərbiyəsinin kütləvililiyi sahəsində müəyyən irəliləyişlər haqqında görüş iştirakçılarına məlumat verilib.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı 1991-1993-cü illərdə respublikamız böyük çətinliklərlə üz-üzə qaldığı bir zaman xalq üzünü Heydər Əliyevə tutdu və dahi şəxsiyyətin xalqın tələbilə yenidən hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin yeni bir dövrü başlandı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatının bütün sahələrində böyük uğur qazanaraq, bütün dünyada tanınmağa, eyni zamanda, ölkəmizdə idman və Olimpiya Hərəkatı özünün yüksəliş dövrünə başladı.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyatımızın digər sahələrində inkişafa nail olunduğu kimi, bədən tərbiyəsi və idmanın kütləvililiyində geniş uğurlar əldə olunmağa başladı. Ulu öndər Heydər Əliyevin 179 saylı Fərmanına əsasən 1994-cü ili respublikamızın idman həyatında dönüş ili adlandırmaq olar. Məhz həmin ildən müstəqil Azərbaycan dövləti rəsmən bədən tərbiyəsi və idmana sahib çıxdığını bəyan etdi və bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu sübuta yetirdi. Ölkəmizdə idmana olan xüsusi diqqət və qayğı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikanın regionlarında yeni Olimpiya İdman Kompleksləri inşa olunur, məktəblərdə yeni idman qurğuları quraşdırlır, idmana və idmançılara xüsusi diqqət olunur. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, Kür çayında suyun azlığı, suvarma suyu ilə təmin olunma, idman meydançasının məktəbin ərazisinə daxil olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.