“Neftçi” finala yüksəldi

1682533700 181338 np0ta3y09n.jpg

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz” klubu “Neftçi” ilə qarşılaşıb.

İlk qarşılaşmada 0:1 hesabı ilə uduzan Bakı klubu cavab görüşündə 2:0 hesabı ilə qalib gəlib.

Paytaxt klubunun oyunçuları Emin Mahmudov və Kenni Sayef 90+3 və 90+8-ci dəqiqədə fərqlənib və komandalarını finala daşıyıb.

Qeyd edək ki, “Neftçi”nin finaldakı rəqibi aprelin 27-də baş tutacaq “Səbail” – “Qəbələ” görüşündə müəyyənləşəcək. Azərbaycan Kubokunun final görüşü iyunun 3-də “Bakcell Arena”da təşkil olunacaq.