“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

3672726e 2f24 3b2b 8d92 7818857a0a4a 850.jpg

“Zirə”nin futbolçusu Nemanya Andelkoviç karyerasını “Neftçi”də davam etdirəcək.

“Report”un əldə etdiyi məlumata görə, 25 yaşlı serbiyalı müdafiəçi “ağ-qaralar”ın diqqət mərkəzinə düşüb.

Artıq “Zirə” ilə yollarını ayırmış futbolçunun keçidi yaxın günlərdə baş tutacaq.

“Zirə” ilə 2021-ci ilin yanvarında 2.5 illik müqavilə imzalamış Andelkoviçin anlaşmasının müddəti mövsümün sonunda başa çatmalı olsa da, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı sonlandırıblar. Qış təlim-məşq toplanışı üçün bu gün Antalyaya yola düşən komandanın heyətində serbiyalı müdafiəçi olmayıb.

Qeyd edək ki, Andelkoviç Azərbaycana gəlməmişdən əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor” klublarında çıxış edib.