Nensi Pelosi Sinqapurdadır

202de81 1659368506.jpg

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya ölkələrinə turnesinin başlanğıcında Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşüb.
Bu barədə Sinqapur Xarici İşlər Nazirliyi məlumat yayıb. Sinqapurun Baş naziri ABŞ-ın regionla fəal əlaqəyə sadiqliyini yüksək qiymətləndirib. Tərəflər iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanlarını, Ukraynadakı döyüşləri, Tayvan və Çin arasındakı gərginliyi və iqlim dəyişikliyini müzakirə ediblər.

Li sonda regional təhlükəsizlik kontekstində ABŞ-Çin münasibətlərinin sabit olmasının vacibliyini vurğulayıb. Pelosi Sinqapur Prezidenti Halima Yacob və digər kabinet üzvləri ilə də görüşüb.