“Netflix” istifadəçilərinə pis xəbər – Ayda 7.99 dollar…

1684934063 netflix.jpg

“Netflix” film platforması hesab şifrələrinin pulsuz paylaşılmasını qadağan edib.

Bu barədə “Variety” nəşri yazıb.

Bildirilir ki, hesab şifrələrini digərləri ilə paylaşanlar bu xidmət üçün ayda 7,99 dollar ödəməli olacaq.

Platforma artıq ABŞ-da qeyri-qanuni hesab paylaşımına qarşı mübarizə aparmağa başlayıb. Abunəçilərə ünvanlanan məktubda qeyd edilib ki, “Netflix” hesabınız sizin və birlikdə yaşadığınız insanlar üçündür.

Qaydalara riayət etməyən cihazlar müəyyən müddətdən sonra bloklanacaq.