Növbəti GRE imtahanı keçiriləcək

1720593201228714916 1200x630.jpg

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı iyulun 12-də Dövlət İmtahan Mərkəzinin (DİM) Binəqədi rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən Elektron imtahanlar korpusunda təşkil olunacaq.

DİM-dən bildirilib ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanacaq.

“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.