Növbəti il üçün Dövlət Neft Fondunun xərclərinin proqnozu açıqlanıb

16698157782576130248 1000x669.jpg

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərclərinin 11 milyard 392,3 milyon manat olacağı nəzərdə tutulub.

Avtor.az Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, qeyd edilən göstərici 2021-ci ilin müvafiq icra göstəricisindən 9,7 milyon manat və ya 0,1 faiz çox, 2022-ci ilin proqnoz göstəricisindən 204,8 milyon manat və ya 1,8 faiz az, gözlənilən icra göstəricisindən isə 994 milyon manat və ya 9,6 faiz çoxdur.