Odessa Hərbi Dəniz Liseyində kütləvi zəhərlənmə

1121700225552.jpg

Odessada sentyabrdan bəri ikinci dəfə Hərbi Dəniz Qüvvələri liseyinin kursantlarının kütləvi zəhərlənməsi baş verib.

Bu barədə Ukraynanın “Strana” nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 100-ə yaxın şəxs həkimlərə müraciət edib, onlardan 76-sı xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, zəhərlənməyə səbəb keyfiyyətsiz məhsul olub. Hüquq-mühafizə orqanları sanitar qaydaların pozulması maddəsi ilə cinayət işi açıb.