Odessadakı Azərbaycan Evinin fəaliyyəti bərpa olunub

7612936d158705071519384769110928721.jpg

“Odessadakı Azərbaycan Evinin fəaliyyəti artıq bərpa olunub”.

Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Ukraynada iki Azərbaycan Evinin fəaliyyət göstərdiyini xatırladan sədr bildirib: “Ümumi yanaşmaya görə, Ukraynada 300-500 min azərbaycanlı ailəsi vardı. Ancaq hazırda orada yaşayan və ya vəfat edən şəxslərlə bağlı bizdə konkret məlumatlar yoxdur”.