Odessaya 14 raket atılıb

9425be43165165723563101953411088377.jpg

Bu gün Odessa istiqamətində 14 raket atılıb. Odessa şəhərinə edilən raket hücumu nəticəsində isə logistik ərzaq anbarı yanıb.

Bu barədə Odessa şəhər Şurası məlumat yayıb.

Raketlər Odessa vilayətinin Oçakovo, Belqorod-Dnestrovski rayonuna və Odessa şəhərinin özünə düşüb.

Raket hücumu nəticəsində mülki əhali arasında itki yoxdur.