Oğuzda 87 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Cdfa4c42162641639982875379611119651.jpg

Oğuzda yaşadığı evdə təmir işləri aparan 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Qumlaq kəndində baş verib. Kənd sakini, 1935-ci il təvəllüdlü Zeynəddin İsmayıl oğlu Ağəmmədov yaşadığı evin dam örtüyünü təmir etmək istəyən zaman ehtiyatsızlıqdan nərdivandan yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 87 yaşlı Z. Ağəmmmədov həyatını itirib.