SuperToys şirkəti yumşaq oyuncaq sevənləri sevindirmək üçün yeni bir ilkə imza atır.
Noyabrın 6-dan 10-na qədər Supertoys-un Gənclik və Əhmədli filiallarında əyləncə dolu bir yumşaq oyuncaq festivalı baş tutacaq. Festival günlərində 10:00-dan 22:00-a qədər bütün yumşaq oyuncaqlar TOPDAN qiymətə olacaq.
Şənlikdə sizləri animatorların əyləncəli şousu, müxtəlif yumşaq hədiyyələr, face-art və daha bir çox sürpriz gözləyəcək. Sevimli və yumyumşaq fotozona şəkil həvəskarlarının ürəyini fəth edəcək.
Üstəlik, yumşaq oyuncaq alan hərkəsə professional fotosessiya hədiyyə ediləcək. Saat 17:00-19:00 aralığında balacalar üçün ödənişsiz face-art, 19:00-20:00 aralığında isə hədiyyəli oyunlar və müsabiqələr baş tutacaq.
Sürprizlər bununla da bitmir. MişkaFestdə selfie çəkib sosial media hesabınızda paylaşaraq və ya sadəcə yumşaq oyuncaq alaraq da hədiyyə qazana biləcəksiniz.





