Ölkəmiz beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa böyük önəm verir

17200866823626738646 1200x630.jpg

Bu gün Azərbaycan, istər yerləşdiyi coğrafi məkanda, istərsə də dünya miqyasında beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Əlbəttə ki, ölkəmizin qarşılıqlı əməkdaşlıq şəraitində qurulan bütün münasibətlərinin məntiqli məqsədləri vardır. Əsas məqsədlərdən biri inteqrasiya etməklə iqtisadiyyatıməzı inkişaf etdirməkdir ki, son illər qazanılan uğurlar böyük gələcək prespektivlərdən xəbər verir.

Bundan əlavə ölkəmiz yerləşdiyi geosiyasi region və mühitdə əbədi sülhün bərqərar olmasına nail olmaqla regionun daha uğurlu və sabit zona olmasına nail olmaq niyyətində olduğunu açıq büruzə verir. Hazırda Azərbaycanın əməkdaşlıq etdiyi belə nüfuzlu beynəlxalq təşkilatlardan biri Şanxay Əməkdaşlıq Təşkilatıdır. Ölkə başçısı cənab İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutan “ŞƏT+” formatında keçən zirvə görüşündə iştirakı ölkəmizin bir daha beynəlxalq təşkilatlarla münasibətlərini əhatəli formatda qurmaqda maraqlı olmasının sübutu idi. 16 ölkənin dövlət və hökümət rəhbərlərinin qatıldığı bu zirvə görüşündə əsas hədəf Rusiyanın müəllifi olduğu “Avrasiya təhlükəsizlik sistemi”nin müzakirəsi idi. Nəzərə alsaq ki, sammitə Asiya dövlətləri ilə paralel BMT-nin Baş katibinin qatılmışdı, bu da ŞƏT-nın dünyanın diqqət mərkəzində olduğunun bariz göstəricisi idi. Bu gün Azərbaycan öz əməkdaşlığını, həm Asiya, həm də Avropa platformasında təklif edən çox az ölkələr sırasında yer alır. Seçilən bu strategiya tam düzgün qərar hesab edilməlidir. Nəzərə alsaq ki, Azərbaycan Asiya ilə Avropa arasında formalaşacaq kommunikasiya xəttlərinin tam mərkəzində yerləşir, belə olan halda ölkəmizin seçdiyi mövqe tam düzgün mövqedir. Əlbəttə ki, bu mövqenin, bu strategiyanın müəllifi Ölkə başçısı cənab İlham Əliyevdir.

ŞƏT-in Astana sammitində bizlər bir daha müşahidə etdik ki, bu gün dünya dövlətlərinin liderləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Astana görüşü zamanı cənab İlham Əliyevin Çin, Rusiya, pakistan kimi dünya nəhənglərinin Liderləri ilə təkbətək görüşləri və görüşlər zamanı imzalanan qarşılıqlı əməkdaşlıq müqavilələri bir daha bizlərdə əminlik hissi yaradır ki, bu gün Dövlət rəhbərimizin tutduğu mövqe Azərbaycanımızı iqtisadi uğura, yüksəlişə aparan yoldur!.

Sünbül Cəlilova;
Neftçala rayonu, müəllim