“Omicron”la bağlı növbəti xəbərdarlıq

7070baed164383120775773024510346703.jpg

Koronavirusun “Omicron” ştamı eşitmə sinirinə təsir edərsə, o zaman insanlar eşitmə problemləri yaşamağa başlayacaq və “karlar dövrü” gələcək.

Bu barədə Rusiya tibb elmləri namizədi Vladimir Zaitsev xəbərdarlıq edib.

Onun sözlərinə görə, “Omicron” sinir hüceyrələrini yoluxdura bilən neyrotrop virusdur. Eşitmə sinirinin zədələnməsinin qarşısını almaq üçün omikronla müalicəyə vaxtında başlamaq və bədəndən çıxarmaq lazımdır.

“Koronavirus infeksiyasına yoluxduğumuz zaman onu bədəndə tamamilə məhv etmək lazımdır. Təkcə boğazı yaxalamaq və burnu yumaqla iş bitmir. Xəstəlikdən sonra insanın səsi xırıldaya və ya qəribə səsi çıxara da bilərlər. İmkan daxilində qulaqlara həkim məsləhətinə əsasən təyin edilmiş damcılar damlatmaq da faydalı olacaqdır”.