Ötən ay ən çox yığım edən sığorta şirkətləri – Siyahı

1740558645 1712408422 Sigorta.png

Bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətləri ümumilikdə 163,685 milyon manat sığorta yığımı edib ki, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur.

Valyuta.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, sığorta yığımlarında ən böyük pay “Paşa Sığorta” ASC-yə məxsusdur. Şirkət 69,050 milyon manat sığorta haqqı toplayıb.

İkinci sırada 50,319 milyon manatla “Paşa Həyat Sığorta”, üçüncü sırada isə 7,965 milyon manatla “Atəşgah Həyat” yer alıb. Dördüncü sırada 7,613 milyon manatla “Aqrar Sığorta”, beşinci sırada 5,602 milyon manatla “Qala Sığorta” gəlir.

Altıncı sırada isə 4,919 milyon manatla “Atəşgah” Sığorta şirkəti qərarlaşıb.