Ötən il Çin əhalisi 2,08 milyon nəfər azalıb

B796657d 33be 379e 8d61 4c6ba1c544dd 850.jpg

Çinin əhalisi 2023-cü ildə 2,08 milyon nəfər azalaraq 1,40967 milyard vətəndaşa düşüb.

Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi (DSİ) məlumat yayıb.

Hesabatda göstərildiyi kimi, il ərzində müvafiq orqanlar ölkədə 9,02 milyon yeni doğulmuş körpəni qeydə alıb, 11,10 milyon insan isə ölüb. Doğum və ölüm nisbətləri müvafiq olaraq 6,39 və 7,87 promil olub.