Özbəkistan prezidenti Şövkət Mirzəyevin konstitusiya dəyişiklik etmək istəməsi və Qaraqalpaq Muxtar Respublikasının ayrılmaq hüququnu ləğv etmək cəhdi bölgədə yüz minlərlə insanın küçələrə axışmasına səbəb olub.
Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukusda ötən gecə etiraz nümayişində baş verən toqquşmadan sonra Mirzəyev bölgədə fövqəladə vəziyyət və komendant saatı elan edib və bu, avqustun 2-dək davam edəcək.
Qeyd edək ki, planın icrası dayandırılıb.

