Pakistan düyüsünün gömrük rüsumundan azad edilməsi ixracatçılara yeni imkanlar yaradır

1671121802202586356 1000x669.jpg

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Pakistan Düyü İxracatçıları Assosiasiyası (REAP) bu ölkənin düyü ixracatçılarının Azərbaycana biznes missiyasını təşkil edib.

AZPROMO-dan bildirilib ki, bununla bağlı keçirilən tədbirdə qurumun rəhbəri Yusif Abdullayev Pakistan mənşəli düyünün Azərbaycana idxalının 5 il müddətinə gömrük rüsumundan azad edildiyini xatırladıb, bu addımın Pakistan ixracatçıları üçün yeni imkanlar açdığını deyib.

Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti Pakistanın biznes nümayəndə heyətinin Azərbaycana səfərinin, aparılan müzakirələrin işgüzar dairələr arasında əməkdaşlığın genişlənməsində önəmli olacağını qeyd edib, Pakistan ixracatçıları üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlıq ediblər.

Tədbirdə Pakistan şirkətlərinin təqdimatı keçirilib, sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunub.