Pakistan təhlükəsizliklə bağlı Qətərə dəstək verəcək

B3dd760e165699439655746590710806733.jpg

Pakistan hökuməti bu il keçiriləcək futbol üzrə dünya çempionatı zamanı Qətərə təhlükəsizliklə bağlı dəstək göstərəcək.

Bununla bağlı tərəflər arasında rəsmi müqavilə imzalanıb.

Anlaşmaya əsasən, Pakistan əsgərləri stadionlarda təhlükəsizliyin təmin olunmasına nəzarət edəcək.

Qeyd edək ki, DÇ-2022 20 noyabr – 18 dekabrda gerçəkləşəcək.