Pakistanda II Elizabetin vəfatı ilə əlaqədar matəm olacaq

C96ebeee166282775755328169110075257.jpg

Pakistanda sabah Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar matəm olacaq.

Bu barədə ölkənin İnformasiya və Yayım naziri Meryem Aurangzeb məlumat verib.

Matəm çərçivəsində bütün ölkədə bayraqlar yarıya qədər endiriləcək.

Qeyd edək ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib.