Pantera Döyüş Klubunun açılış mərasimi olub

433962117 18421119337059896 7304618119688053386 N.jpg

Bakı Şəhər Xəzər rayonu, Binəqədi qəsəbəsində Alpaqut Turan döyüş sənəti üzrə ikiqat dünya çempionu, Yarğan Emil Hüseynovun rəhbəri olduğu Pantera Döyüş Klubunun (Pantera Fighting Club) açılış mərasimi olub.

Açılışda Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər Rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Gündüz Vəliyev, Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyinin vitse prezidenti həmçinin Emil Hüseynovun şəxsi məşqçisi Kürşad Rafiq Qasımov, DAF -AN-nin hakimlər komitəsinin sədri Kürşad Elşən Məmmədov və Bakı Şəhər Nümayəndəliyinin sədri Yağan Şahlar Vəliyev iştirak ediblər.

Açılış mərasimində iştirak edən möhtərəm şəhidlərimizin valideyinləri də çıxış edərək öz xeyir dualarını və xoş arzularını diləyiblər. Sonda açılış mərasimi Şuraxanı və Laçın alpaqutlarının nümunəvi çıxışları və musiqili rəqs proqramları ilə davam edib.