Parlamentdə internat evlərini tərk edən uşaqların iş problemi qaldırılıb

7bcbf838166869011161296587410499528.jpg

İnternat evlərindən məhrum olan uşaqların ev, işlə təmin olunmasına diqqət çəkmək istəyirəm.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hicran Hüseynova 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.

“Məsələn, qardaş Türkiyədə internat evlərini tərk edən uşaqları işlə təmin edən şirkətlərə vergi güzəştləri tətbiq olunur. Təklif edirəm ki, aidiyyatı orqanlar proqram hazırlayıb təqdim etsinlər ki, dövlət büdcəsindən vəsait ayrılsın”, – deyə deputat bildirib