Paşinyan: Ermənistanın 49 hərbçisi həlak olub, itki sayı arta bilər

86855496160879271614648550410901376.jpg

Ermənistan silahlı qüvvələri baş vermiş toqquşmalar nəticəsində 49 hərbçisini itirib.

Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O, bu rəqəmin yekun göstərici olmadığını, itki sayının arta biləcəyini bildirib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.