Paşinyanın iqamətgahı yaxınlığında mikroavtobus yanıb

RIAN 6733665.HR pic 32ratio 900x600 900x600 75885.jpg

Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahı yaxınlığında “Ford Transit” markalı mikroavtobus yanıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, insident Proşyan və Dəmirçyan küçələrinin kəsişməsində baş verib. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Qeyd olunub ki, yanğın artıq söndürülüb.

Xəsarət və tələfat barədə məlumat verilmir.

Mənbə: TASS