Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 5 milyard 855 milyon manat ödə

17273366065443048064 1200x630.jpg

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 8 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari ilin yanvar-avqust ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 5 milyard 855 milyon manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 522 milyon manat və ya 9,7 faiz çoxdur.