Pentaqon rəhbəri: ABŞ Ukraynaya dəstəyini davam etdirəcək

F5e53608166901298475043343611113393.jpg

“ABŞ Ukraynaya 20 milyard dollardan çox hərbi yardım göstərib və rəsmi Kiyevə dəstəyini davam etdirəcək”.

Avtor.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında deyib.

“İndiyədək Ukraynaya 20 milyard dollardan çox yardım göstərmişik. Bununla bağlı bəyanatlarımızı eşitmisiniz, Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstək verəcəyik”, – o vurğulayıb.