Peris Hilton ana oldu

255108 ck4h3bxq13.jpg

“Hilton” otellər şəbəkəsinin varisi, müğənni, model Peris Hilton ana olub.

Bu barədə o, sosial media hesabında yazıb. İfaçının oğul övladı dünyaya gəlib.

Peris paylaşdığı fotoya “Sözlə ifadə olunmayacaq dərəcədə sevilirsən” sözlərini yazıb.

Qeyd edək ki, müğənni ötən il iş adamı Karter Reumunla ailə qurub.