Peru Prezidentinin bacısı və həyat yoldaşı korrupsiyada ittiham olunur

Fa3dade3166011258464144293210877366.jpg

Peru Baş Prokurorluğunun əməkdaşları hökumət sarayında, ölkə Prezidenti Pedro Kastillonun rəsmi iqamətgahında axtarış keçirib.

Məlumatı yerli “Erepepe” radiostansiyası yayıb.

Qeyd edilib ki, axtarış Prezidentin bacısı və həyat yoldaşını həbs etmək məqsədi ilə həyata keçirilib.

Bildirilib ki, Prezidentin bacısı Yenifer Paredes korrupsiyada və dövlətin nüfuzuna zərər vuran şübhəli sövdələşməyə görə axtarılır. Prokurorluq əməkdaşları onu dövlət başçısının iqamətgahında tapmayıblar.

Xatırladaq ki, Perunun yaşayış məntəqələrindən birinin sakinlərinə suyun təmizlənməsi sistemi layihəsinin həyata keçirilməsinə razılıq verməyə inandırdığı iddia edilən video internetdə yayıldıqdan sonra Baş Prokurorluq Prezident Pedro Kastillonun 27 yaşlı bacısı barəsində axtarış qərarı çıxarıb.