“Petronas” payını kimə və niyə satır?

Fa1839c5169280195557148931611084347.jpg

“Mees News”un verdiyi məlumata görə, Malayziyanın “Petronas” dövlət neft şirkəti İraqın “Gharraf” neft yatağındakı payını İndoneziyanın “Pertamina” dövlət neft və təbii qaz şirkətinə satmaq niyyətindədir. Lakin rəsmi Bağdad Malayziya şirkətinin İraqın cənubundakı Yamama rezervuarındakı hasilat işlərini daha da inkişaf etdirmək istəməsindən məmnun deyil.

Malayziyanın “Petronas” şirkəti 2020-ci ilin oktyabrından İraqın “Gharraf” neft yatağındakı payını satmaq niyyətində olduğu barədə İraqın neft naziri Hayan Əbdül-Qaninə bu yaxınlarda məlumat verib. “Petronas” 2020-ci ilin oktyabrından davamlı olaraq aşağı neft qiymətləri fonunda İraqdakı “Gharraf” neft yatağından çıxmağı düşündüyünü açıqlayıb.

Qeyd edək ki, “Gharraf” neft yatağı Nasiriyyə şəhərindən 85 kilometr şimalda, Ziqar əyalətində yerləşir və 1984-cü ildə kəşf edilən neft yatağının ehtiyatları 860 milyon ilə bir milyard barel arasında dəyişir.

İki Sahil