Pirotexniki vasitələr aşkar edilib

922251518 2125683408041540 3185256080266862351 n 6b03f027d282b

Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər rayonu ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsində 5 adda 1624 ədəd müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.