Polşa 116 Abrams tankı alıb

Abcc5329167289528513853763810412605.jpg

Polşa ABŞ-dan daha 116 Abrams tankı alıb.

Bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

“Milli müdafiə naziri Mariuş Blaşçak Polşa ordusu üçün 116 Abrams tankının tədarükü üçün müqaviləni təsdiqləyib. Tanklar Polşa Respublikasının silahlı qüvvələrinin tələblərinə uyğunlaşdırılacaq”, – Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, polşalılar tanklarla birlikdə ehtiyat hissələri və diaqnostika avadanlıqlarının təmiri üçün səyyar konteyner emalatxanaları alacaqlar.