2022-ci ildə Polşa hərbçiləri yeni “Borsuk” piyada döyüş maşınlarının (IFV) ilk nümunələrini ala bilər.
Bunu “Polska Grupa Zbrojeniowa” şirkətinin rəhbəri Sebastian Çvalekə deyib.
O qeyd edib ki, 2022-ci ildə ilk dörd piyada döyüş maşını sınaq üçün hərbçilərə təhvil veriləcək, 2023-cü ildə isə şirkət “Borsuk” piyada döyüş maşınlarının kütləvi istehsalına başlaya bilər.
Hazırda avtomobilin ilkin sınaqları keçirilir və onların iyunda başa çatdırılması planlaşdırılır.

