Poqba əməliyyat olundu

B2dc449516625338868050209621110481.jpg

“Yuventus”un futbolçusu Pol Poqba diz qapağından əməliyyat olunub.

Bunu fransalı yarımmüdafiəçinin özü sosial şəbəkə hesabında yazıb.

“Yaxşıyam, əməliyyat uğurla keçdi. İndi planlar ən qısa zamanda sağalıb meydana qayıtmaqdır. Xoş arzularınıza və dəstəyinizə görə sizə təşəkkür etmək istəyirəm” – deyə o bildirib..

Poqbanın 6 həftə meydana çıxa bilməyəcəyi gözlənilir.