Prezident: Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb

17672103783676833647 1200x630

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik edib.

Redaksiya xəbər verir ki, dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində, həmçinin deyib: “Onlar (bütün azərbaycanlılar) bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi – azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir.