Prezident İlham Əliyev: Bu gün biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq

3b3fff64165816080578354679410172254.jpg

Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq

Bu barədə Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib.

Paylaşımda deyilir:

“Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.

Yaşasın Laçın!

Yaşasın Azərbaycan!”